Dünya Kubokunda ölkəmizi təmsil edəcək gimnastlar müəyyənləşdi

  Dünya Kubokunda ölkəmizi təmsil edəcək gimnastlar müəyyənləşdi

Bakıda keçiriləcək akrobatika gimnastika üzrə Dünya Kubokunda Azərbaycanı 7 idmançı təmsil edəcək.

"Mediasport" xəbər verir ki, Daniel Abbasov-Murad Rəfiyev və Seymur Cəfərov-Rəsul Seyidlidən ibarət kişi cütlükləri, Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrupu birincilik uğrunda mübarizə aparacaqlar.

Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Avstraliya, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, İspaniya və Ukrayna təmsilçiləri də mübarizə aparacaq.

Xatırladaq ki, turnir 5-7 iyunda Milli Gimnastika Arenasında baş tutacaq.