Arif Məmmədzadə İspaniya turnirində bürünc medal qazandı

Arif Məmmədzadə İspaniya turnirində bürünc medal qazandı

Azərbaycanın aerobika gimnastı Arif Məmmədzadə İspaniyanın Cunit şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, fərdi proqramda 14.050 xal toplayan idmançımız bürünc medal qazanıb.

Üç gün davam edən turnirdə fərdi, qrup, qarışıq cütlük, üçlük və aerodans proqramları üzrə çıxış edən digər yığma üzvləri mükafatçılar sırasında yer ala bilməyiblər.