Daha bir idmançımız III MDB Oyunlarında qızıl medal qazandı

Daha bir idmançımız III MDB Oyunlarında qızıl medal qazandı

Azərbaycan ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında daha bir qızıl medal qazanıb.

"Mediasport" xəbər verir ki, bu uğuru batut gimnastikası üzrə millinin üzvü Maqsud Mahsudov əldə edib.

O, oğlanların fərdi mübarizəsində birinci yeri tutub. Qızların yarışında isə Selcan Mahsudova ikinci olub.

Xatırladaq ki, komandamız Oyunlarda indiyədək 9 qızıl, 22 gümüş, 33 bürünc mükafata yiyələnib.