Federasiyanın vitse-prezidenti yüksək vəzifəyə təyin edildi

Federasiyanın vitse-prezidenti yüksək vəzifəyə təyin edildi

Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Fərid Əsgərova yeni vəzifə verilib.

"Mediasport" xəbər verir ki, federasiya rəsmisi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

Məlumatı AKF paylaşıb.

Həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Fərid Əsgərov General-mayor ali hərbi rütbəsinə layiq görülüb.

Qeyd edək ki, F.Əsgərov karate federasiyasında 2017-ci ildən fəaliyyət göstərir.