Karateçilərimiz 3 medalla qayıtdı
Azərbaycan karateçiləri Latviyada və Rusiyada keçirilən fullkontakt şinkyokuşin yarışlarında uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, idmançılarımız bir gümüş və iki bürünc medal əldə ediblər.
Latviyanın Riqa şəhərində təşkil olunan Avropa çempionatında fullkontakt şinkyokuşin karate üslubu üzrə milli komandamız iki mükafat əldə edib.
U21 yaş kateqoriyasında Zamin Fərəcov (75 kq) ikinci, Məhərrəm Əhmədov (65 kq) üçüncü yeri tutub.
Rusiyanın Novosibirsk şəhərində keçirilən "34-cü Andrey Yakutov Memorialı" Beynəlxalq Şinkyokuşinkay Karate Çempionatında isə Emin İsmayıllı (75 kq) üçüncü olub.

