Bakıda Dünya Kuboku başlandı
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb.
"Mediasport" xəbər verir ki, birincilik Su İdmanı Sarayında keçirilir.
İlk gündə idmançılar təsnifat mərhələsində qüvvələrini sınayacaqlar.
Turnirə 44 ölkədən ümumilikdə 216 üzgüçü qatılıb.
Azərbaycanı yarışda 15 idmançı - Ramil Vəlizadə, Abdurrəhman Rüstəmov, Səid Həmidov, Süleyman İsmayılzadə, Oqtay Hüseynov, Fərhad Şirməmmədli, Ramal Sadiqli, Amin Oruclu, Fatimə Alkərəmova, Məryəm Cavadova, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Vlastilina Xasyanova və Yeqor Maynitski ilə təmsil olunur.
Dünya Kubokunun Bakı mərhələsi oktyabrın 3-də yekunlaşacaq.

