Azərbaycan millisi DÇ-də 114 ölkə arasında 10-cu yeri tutdu

 Azərbaycan millisi DÇ-də 114 ölkə arasında 10-cu yeri tutdu

Azərbaycanın karate yığması Polşanın Bielsko-Biala şəhərində keçirilmiş dünya çempionatında medal sıralamasında 10-cu olub.

Bu barədə "Mediasport"a Azərbaycan Karate Federasiyasından məlumat verilib.

114 ölkənin mübarizə apardığı turnirdə komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Xatırladaq ki, Şamo Kamilov (U-16, +70 kq) dünya çempionu olub, Vüsal Qənbərov (U-18, 55 kq) gümüş, Rəsul Qənbərli (U-16, 52 kq), Nurlan Əlimuradov (U-16, 70 kq) və Rəşid Süleymanov (U-21, 75 kq) bürünc mükafat əldə ediblər.