Azərbaycan idmançısı Meksika turnirində bürünc medal qazandı

Azərbaycan idmançısı Meksika turnirində bürünc medal qazandı

Meksikanın Monterrey şəhərində "Karate 1 WKF Youth League" beynəlxalq turniri keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan idmançısı Raul Əliyev yarışda uğurla çıxış edib.

U-21 kateqoriyası üzrə 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medal qazanıb.