Karatçeimiz Tbilisidə beynəlxalq turnirdə gümüş medal qazandı
Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Gürcüstanda keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, idmançımız Dünya Karate Federasiyasının (WKF) Tbilisidə təşkil etdiyi "Karate 1 seriya A" turnirində ikinci yeri tutub.
Sadıqova gümüş medalı 55 kq çəki dərəcəsində qazanıb.
Azərbaycan 70-dən çox ölkədən 1200-ə yaxın karateçinin iştirak etdiyi mötəbər yarışda 21 idmançı ilə təmsil olunur.
