İstanbulda dünya çempionatında ölkəmizi 10 idmançı təmsil edəcək

 İstanbulda dünya çempionatında ölkəmizi 10 idmançı təmsil edəcək

Azərbaycanın deflimpiyaçı karateçiləri Türkiyənin İstanbul şəhərində keçiriləcək şotokan üzrə dünya çempionatında iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, ölkəmiz yarışda 10 idmançı ilə təmsil olunacaq.

Heyətdə Hikmət Ağayev, Sahib Sahibli, Səma Tağıyeva, Aytən Qədirova, Maral Orucova, Əliəkbər Əlizadə, Elnur Qasımzadə, Nizaməddin Əzimzadə, Yusif Əzimzadə və Elmin Hüseynli yer alıblar.

Dünya çempionatı aprelin 24–26-da baş tutacaq.