Millimiz Macarıstanda 8 medal qazandı - Avropa çempionatı
Macarıstanın Budapeşt şəhərində 4-7 iyun 2026-cı il tarixlərində şito-ryu karate üslubu üzrə Avropa çempionatı keçirilib.
"Mediasport" xəbər verir ki, şito-ryu üslubu üzrə yığma komandamız yarışda Bahadur Əhmədovun rəhbərliyi altında 10 idmançı ilə təmsil olunub.
Millimiz 3 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 8 medal qazanıb.
Yarışın nəticələrinə əsasən, 10-11 yaş kateqoriyasında çıxış edən Məmmədli Medi bütün görüşlərini qələbə ilə başa vuraraq Avropa çempionu olub.
Kişilər arasında mübarizə aparan Hüseynov Tuncay və 14-15 yaş qrupunda çıxış edən Məmmədli Məsumə də fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək qızıl medal qazanıblar.
12-13 yaş kateqoriyasında Məmmədli Kənan və kişilər arasında Bəşirli Pərviz gümüş medala layiq görülüblər.
Bürünc medalları isə 12-13 yaş kateqoriyasında Əliyev Sübhan, 10-11 yaş kateqoriyasında Səfərli Telman və 6-7 yaş kateqoriyasında Ömər Hüseyn əldə ediblər.




