Azərbaycanın tanınmış iki idman xadimi dünyasını dəyişdi
Azərbaycan idmanına itki üz verib.
"Mediasport" xəbər verir ki, karate və döyüş sənətləri üzrə Əməkdar məşqçisi və idman xadimi Mirəli Seyidov vəfat edib.
7-ci dan qara kəmər sahibi uzun sürən xərçəng və şəkərli diabet xəstəliyinin ardından 69 yaşında dünyasını dəyişib.
Mirəli Seyidov karate üzrə 7-ci dan qara kəmər sahibi idi.
Həmçinin ümumittifaq dərəcəli voleybol hakimi Rafiq Ağayev də həyatdan köçüb.
Beynəlxalq dərəcəli hakim Fuad Ağayevin atası, SSRİ və Azərbaycan çempionatlarını idarə etmiş mütəxəssisin uzun sürən xəstəlikdən sonra vəfat edib.

