"Bayern" dünya çempionatına 10:0 hesablı qələbə ilə başladı

Almaniyanın "Bayern" komandası ABŞ-də keçirilən FİFA Klublararası dünya çempionatına fantastik hesablı qələbə ilə başlayıb.
"Mediasport" xəbər verir ki, bavariyalılar qrup mərhələsinin ilk turunda Yeni Zelandiyanın "Oklənd Siti" kollektivini darmadağın ediblər.
Belçikalı Vensan Kompaninin baş məşqçisi olduğu almanlar rəqib qapısından10 cavabsız top keçiriblər.
C qrupunda yer alan Münhen təmsilçisinin digər rəqibləri "Boka Xunyors" (Argentina) və "Benfika" (Portuqaliya) olacaq.
Qeyd edək ki, mundial ilk dəfə 32 klubun iştirakı ilə təşkil olunub.
Klublararası dünya çempionatı. C qrupu. 1-ci tur
“Bayern” (Almaniya) - “Oklənd Siti” (Yeni Zelandiya) 10:0
Qollar: Kinqsli Koman,6, 22, Saşa Boey,18, Mikael Olise,20, 45+3, Tomas Müller,45, 89, Camal Musiala,68, 73-pen., 84.