Səudiyyə Ərəbistanı və İran milliləri DÇ-yə bərabərliklə başladı - VİDEO
ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə 23-cü dünya çempionatında ilk turun görüşləri oynanılır.
"Mediasport" xəbər verir ki, ilk tur çərçivəsində daha 4 matç baş tutub.
Bütün qarşılaşmalar "sülh"lə yekunlaşıb.
Son Avropa çempionu İspaniya gözlənilmədən debütant Kabo Verde ilə heç-heçə edib - 0:0.
Belçika yığması Misirlə bərabərə qalıb - 1:1.
Səudiyyə Ərəbistanı Uruqvayla bərabərə qalıb (1:1), İran isə Yeni Zelandiyanın müqavimətini qıra bilməyib (2:2).


