Cavid İmamverdiyev əyalət komandası ilə müqavilə bağladı

Cavid İmamverdiyev əyalət komandası ilə müqavilə bağladı

Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Cavid İmamverdiyev Region Liqasında klubunu dəyişib.

"Mediasport" xəbər verir ki, o, növbəti mövsümdən etibarən "Ağsu Siti"nin uğurları üçün çalışacaq.

36 yaşlı futbolçu buna qədər "Neftçi", "Elazığspor" (Türkiyə), "Sumqayıt", "Sabah", "Keşlə" (indiki "Şamaxı"), "Kəpəz", "Şəki" və "Zəngəzur"un formasını geyinib.

İmamverdiyev Azərbaycan millisində 11 oyuna çıxıb və 1 qol vurub.

Xatırladaq ki, futbolçu "Zəngəzur"un heyətində 2025/2026-cı illər mövsümündə AFFA Region Liqasının qalibi olub.