DÇ-2026: Daha dörd görüşün ən yaxşı futbolçuları müəyyənləşdi

DÇ-2026: Daha dörd görüşün ən yaxşı futbolçuları müəyyənləşdi

Dünya çempionatının 2-ci turunun E və F qruplarında keçirilən qarşılaşmaların ən yaxşı futbolçularının adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, Niderland - İsveç matçında (5:1) bu ada Kodi Qakpo layiq görülüb.

"Narıncılar"ın üzvü həm də DÇ-2026-da vurulan 100-cü qolun müəllifi olub.

Almaniya - Fil Dişi Sahili duelində (2:1) əsas vaxtın sonuna əlavə edilmiş 4-cü dəqiqədə qələbə qolunu vuran Deniz Undav seçilib.

Ekvador - Kürasao görüşündə (0:0) 15 qurtarış edən qapıçı Eloy Rom oyunun ən yaxşısı adına sahib çıxıb.

Tunis - Yaponiya oyununda (0:4) dubl müəllifi olan Ayase Ueda mükafatlandırılıb.