"Bir daha göstərdim ki, məni heç nə və heç kim dayandıra bilməz"
"Artıq 10 ildir ki, ən yaxşıların sırasındayam. Hələ heç nə bitməyib. Bir daha göstərdim ki, məni heç nə və heç kim dayandıra bilməz".
"Mediasport" xəbər verir ki, bu fikirlər Azərbaycan karateçisi İrina Zaretskaya məxsusdur.
Qahirədə keçirilmiş dünya çempionatında 68 kq çəki dərəcəsində bürünc medal qazananan idmançı sosial şəbəkə hesabında paylaşım edib.
3-qat dünya çempionumuz mundialla bağlı düşüncələrini bölüşüb:
"Üçüncü yer uğrunda qarşılaşma inanılmaz idi. Yarımfinal mərhələsində səhv etdim. Bu, finala yüksəlməyimə və daha böyük uğur əldə etməyimə mane oldu. Buna baxmayaraq, güclü və güzəştsiz olduğum üçün fəxr edirəm".
Xatırladaq ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı 2018, 2021 və 2023-cü illərdə DÇ-lərdə Azərbaycan yığmasına qızıl medal qazandırıb.
