Yay Olimpiya Oyunlarında ilk qızıl medal İbrahim Talıbovdan gəldi

Yay Olimpiya Oyunlarında ilk qızıl medal İbrahim Talıbovdan gəldi

Azərbaycan komandası Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

"Mediasport" xəbər verir ki, bu nailiyyətə cüdoçumuz İbrahim Talıbov imza atıb.

55 kq çəki dərəcəsində yarışan idmançımız bütün rəqiblərini məğlub edərək çempion olub.

O, finalda xorvatiyalı rəqibi Zvorç Jonaya qalib gəlib.

Qeyd edək ki, noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.