Raul Səfərəliyev Almaniya turnirinin qalibi adını qazandı
Azərbaycan karateçisi Raul Səfərəliyev Almaniyanın Düsseldorf şəhərində “7th International Düsseldorf Cup” turnirində uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, idmançımız turnirin qızıl medalını qazanıb.
O, 16-17 yaşlıların mübarizəsində +76 kq çəki dərəcəsində yarışın qalibi olub.
