Milli komandamız Polşaya getdi

  Milli komandamız Polşaya getdi

Azərbaycan Karate Federasiyasının "kyokuşin (kay) senşi karate" üslubu üzrə yığma komandası Polşada keçiriləcək Avropa çempionatına yollanıb.

"Mediasport" xəbər verir ki, idmançılarımız federasiyanın baş katibi Qabil Sayadov və baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında ölkəmizi nüfuzlu beynəlxalq yarışda təmsil edəcək.

Xatırladaq ki, Belostok şəhərində baş tutacaq Avropa çempionatında müxtəlif ölkələrin idmançıları birincilik uğrunda mübarizə aparacaq.