Lalə Babazadə dopinqə görə 36 aylıq diskvalifikasiya edildi

 Lalə Babazadə dopinqə görə 36 aylıq diskvalifikasiya edildi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) karateçi Lalə Babazadəni 36 aylıq diskvalifikasiya edib.

Agentlikdən "Mediasport"a verilən məlumata görə, buna idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək səbəb olub.

Sanksiyanın başlama tarixi ötən il dekrabın 25-nə təyin olunub.

Cəza müddəti 2028-ci il dekabrın 24-də başa çatacaq.