Çempionlar Liqasında pley-off bu axşam 4 oyunla yekunlaşacaq
Bu gecə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, bununla da 1/8 finala vəsiqə qazanan digər 4 kollektiv müəyyənləşəcək.
Ötən həftə İstanbulda "Yuventus"u darmadağın edən Türkiyə təmsilçisi "Qalatasaray" İtaliyada meydana çıxacaq.
Xatırladaq ki, dünənki cavab qarşılaşmalarından sonra "Atletiko" (İspaniya), "Bayer" (Almaniya), "Budö Qlimt" (Norveç) və "Nyukasl"ın (İngiltərə) 1/8 finala yüksəlməsi dəqiqləşib.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları
21:45. "Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) (İlk oyun - 0:2)
00:00. PSJ (Fransa) - "Monako" (Fransa) (İlk oyun - 3:2)
00:00. "Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə) (İlk oyun - 2:5)
00:00. "Real" (İspaniya) - "Benfika" (Portuqaliya) (İlk oyun - 1:0)
