Çempionlar Liqasında 2-ci raund bu gün 11 oyunla start götürəcək

Çempionlar Liqasında 2-ci raund bu gün 11 oyunla start götürəcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin matçları start götürəcək.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə 11 görüş baş tutacaq.

Digər 3 qarşılaşma sabah keçiriləcək.

Bu axşam Azərbaycan çempionu "Sabah"la yanaşı, Türkiyə təmsilçilərindən "Fənərbaxça" da turnirdə mübarizəyə başlayacaq.


UEFA Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyunlar


20:00. "İberiya" (Gürcüstan) – "Slovan" (Slovakiya)

20:00. "Myallbü" (İsveç) – "Linkoln" (Cəbəllütariq)

20:00. "Ararat-Ermənistan" (Ermənistan) – "Şemrok Rovers" (İrlandiya)

20:00. "Sabah" (Azərbaycan) – "KuPS" (Finlandiya)

21:00. "Orhus" (Danimarka) – "Lex" (Polşa)

22:00. "Fənərbaxça" (Türkiyə) - "Qurnik" (Polşa)

22:00. "Tun" (İsveçrə) – "Dinamo" Zaqreb (Xorvatiya)

22:30. "Şturm" (Avstriya) – "Harts" (Şotlandiya)

22:45. "Klaksvik" (Farer adaları) – "Kauno" (Litva)

23:00. "Vikinqur" (İslandiya) – "Hapoel" Beer-Şeva (İsrail)

23:00. "Larne" (Şimali İrlandiya) - "Srvena Zvezda" (Serbiya)