UEFA Çempionlar Liqasında ilk finalçı komanda məlum oldu
UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab oyunu İngiltərədə baş tutub.
Çempionluğa iddialı "Arsenal" Madrid "Atletiko"sunu minimal hesabla məğlub edərək 20 ildən sonra finala yüksəlib.
Yeganə qolu birinci hissənin sonlarında Bukayo Saka vurub.
Komandalar arasında ötən həftə İspaniyada keçirilmiş dueldə bərabərlik qeydə alınmışdı (1:1).
Raundun digər yarımfinal görüşündə bu gün "Bayern" Almaniyada PSJ ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası. Yarımfinal. Cavab oyunu
"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) 1:0 (ilk oyun - 1:1)
Baş hakim: Daniel Sibert (Almaniya)
İngiltərə, London, "Emireyts" stadionu.
