FOTO: Bəhlul Mustafazadə ÇL-nin ən sürətli oyunçularından biri oldu

FOTO: Bəhlul Mustafazadə ÇL-nin ən sürətli oyunçularından biri oldu

UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün ən sürətli futbolçularının adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə bu göstəricidə ilk "10-luq"da qərarlaşıb.

Azərbaycan millisinin üzvü saatda 36,51 km sürət yığıb.

Sıralamanın zirvəsində Patrik Şik ("Bayer", Leverkuzen), Lukas Hernandes (PSJ, Fransa) və Jaja Dimata ("Pafos", Kipr) qərarlaşıb.

Bu futbolçuların üçü də saatda 39,6 km göstərici ilə rəqiblərini qabaqlayıblar.