Çempionlar Liqasında həftənin rəmzi heyəti müəyyənləşdi - FOTO

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası müəyyənləşib.
Mediasport.com.az xəbər verir ki, "11-liy"ə ən çox "Real" (Madrid), "Borussiya" (Dortmund), PSJ və "Feyenoord"dan futbolçu daxil edilib.
Qapıçı: Canluici Donnarumma (PSJ);
Müdafiəçilər: Daniel Svensson ("Borussiya", Dortmund), Federiko Qatti ("Yuventus"), Dayo Upamekano ("Bavariya"), Givayro Red ("Feyenoord");
Yarımmüdafiəçilər: Vinisius Junior, Cud Bellingem (hər ikisi "Real"), Vitinya (PSJ), Payşao ("Feyenoord");
Hücumçular: Seru Girassi ("Borussiya" Dortmund), Vangelis Pavlidis ("Benfika").