UEFA Çempionlar Liqasında Liqa mərhələsi bu axşam başlanacaq
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümünün Liqa mərhələsi start götürəcək.
"Mediasport" xəbər verir ki, bu həftəyə planlaşdırılan 18 görüşün 6-sı bu axşam baş tutacaq.
Qalan matçlar sabah və birigün keçiriləcək.
Azərbaycan təmsilçisi "Sabah" sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"in qonağı olacaq.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 1-ci tur
20:45. AEK (Yunanıstan) - LASK (Avstriya)
20:45. "Brügge" (Belçika) - "Aston Villa" (İngiltərə)
23:00. "Borussiya" Dortmund (Almaniya) - "Vilyarreal" (İspaniya)
23:00. "Portu" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)
23:00. "Lill" (Fransa) - "Betis" (İspaniya)
23:00. "Real" Madrid (İspaniya) - "İnter" (İtaliya)

