Avropa çempionatının seçmə mərhələsində 8 oyun keçiriləcək
21 yaşadək futbolçulardan ibarət milli komandaların Avro-2027-nin seçmə mərhələ görüşləri davam edir.
"Mediasport" xəbər verir ki, bu gün 5 qrupda ümumilikdə 8 qarşılaşma baş tutacaq.
B qrupunda yer alan Azərbaycan yığması Şotlandiya səfərində meydana çıxacaq.
Rəqiblərimizdən Çexiya futbolçuları Bolqarıstan yığmasını, lider Portuqaliya kollektivi isə autsayder Cəbəllütariq olimpiyaçılarını sınağa çəkəcək.
U-21 Avropa çempionatı. Seçmə mərhələ
A qrupu
20:00. Rumıniya U-21 – Finlandiya U-21
21:00. Kosovo U-21 – Kipr U-21
B qrupu
20:00. Çexiya U-21 – Bolqarıstan U-21
22:30. Şotlandiya U-21 – Azərbaycan U-21
23:00. Portuqaliya U-21 – Cəbəllütariq U-21
C qrupu
20:00. Farer adaları U-21 – Lüksemburq U-21
E qrupu
20:00. Polşa U-21 – İsveç U-21
F qrupu
20:00. Malta U-21 – Almaniya U-21

