ÇL-də həftənin ən yaxşısı olmağa namizədlər məlum oldu - FOTO

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
"Mediasport" xəbər verir ki, qalıb adı uğrunda Deklan Rays (“Arsenal”), Alessandro Bastoni (“İnter”), Xviça Kvaratsxeliya (PSJ) və Robert Levandovski (“Barselona”) yarışacaqlar.
Namizədlərdən Rays Londonda “Real”a qalib gəldikləri (3:0) matçda cərimə zərbəsindən iki baxımlı qol vurub, Levandovski Dortmund “Borussiya”sını məğlub etdikləri (4:0) görüşdə dubl edib.
Həftənin ən yaxşı futbolçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.