Çempionlar Liqasının finalını idarə edəcək hakimlər məlum oldu

Mayın 31-də baş tutacaq UEFA Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər müəyyənləşib.
"Mediasport" xəbər verir ki, PSJ və "İnter" arasında baş tutacaq həlledici görüşdə əsas söz sahibləri rumıniyalı ədalət təmsilçiləri olacaqlar.
Qarşılaşmanı İştvan Kovaç idarə edəcək, yan xətt hakimləri funksiyasını Mixay Marika ilə Ferens Tunyoqi yerinə yetirəcək.
Dördüncü hakim qismində portuqaliyalı Juan Pineyru işləyəcək.
Niderlandlı Denis Hiqler və rumıniyalı Katalin Popa isə oyuna VAR hakimi kimi təyinat alıblar.
Almaniyanın Münhen şəhərindəki "Alyans Arena" keçiriləcək görüş Bakı vaxtilə saat 23:00-da başlanacaq.