Bu gün Çempionlar Liqasında yeni mövsüm start götürəcək

Bu gün Çempionlar Liqasında yeni mövsüm start götürəcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümü start götürəcək.

"Mediasport" xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyun günündə 10 matç keçiriləcək.

Azərbaycan çempionu "Qarabağ"ın gözlədiyi turda potensial rəqibləri meydana çıxacaq.

Raundun digər 4 görüşü sabah oynanılacaq.


UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyunlar


19:00 "KuPS" (Finlandiya) - "Milsami" (Moldova)

20:00 "İberia 1999" (Gürcüstan) - "Malmö" (İsveç)

20:00 "Noah" (Ermənistan) - "Buduçnost" (Monteneqro)

20:30 "Levadia" (Estoniya) - RFŞ (Latviya)

21:00 "Olimpiya" (Sloveniya) - "Kayrat" (Qazaxıstan)

22:00 "Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq)

22:00 TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya)

22:00 "Vikinqur" (Farer adaları) - "Linkoln Red İmps" (Cəbəllütariq)

23:00 "Eqnatia" (Albaniya) - "Breydablik" (İslandiya)

23:00 "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina)

QEYD: Cavab qarşılaşmaları bir həftə sonra oynanılacaq.