1/8 finalın bütün iştirakçıları məlum oldu - Çempionlar Liqası
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, bununla da 1/8 finala vəsiqə qazanan son 4 kollektiv müəyyənləşib.
Ötən həftə İstanbulda "Yuventus"u darmadağın edən Türkiyə təmsilçisi "Qalatasaray" İtaliyada çətinliklə üzləşsə də, turun taleyini əlavə vaxtda həll edib.
Nəticədə, "Qalatasaray", "Atalanta", PSJ və "Real" növbəti raunda adlayıb.
Həmçinin daha əvvəl "Atletiko" (İspaniya), "Bayer" (Almaniya), "Budö Qlimt" (Norveç), "Nyukasl" (İngiltərə), birbaşa Liqa mərhələsindən isə “Arsenal”, “Bavariya”, “Liverpul”, “Tottenhem”, “Barselona”, “Çelsi”, “Sportinq” və “Mançester Siti” 1/8 finalda mübarizə aparmaq hüqüuü əldə edib.
1/8 final cütlərinin müəyyənləşdirilməsi üçün sabah püşk atılacaq.
UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. Cavab oyunları
"Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) 4:1 (İlk oyun - 0:2)
PSJ (Fransa) - "Monako" (Fransa) 2:2 (İlk oyun - 3:2)
"Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə) 3:0, ə.v. 0:2 (İlk oyun - 2:5)
"Real" (İspaniya) - "Benfika" (Portuqaliya) 2:2 (İlk oyun - 1:0)
