"Arsenal", yoxsa PSJ? - ÇL-də "İnter"in final rəqibi müəyyənləşir

UEFA Çempionlar Liqasında ikinci finalçının adına bu gecə aydınlıq gətiriləcək.
"Mediasport" xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cavab qarşılaşması Parisdə oynanılacaq və "İnter"in həlledici dueldəki rəqibi müəyyənləşəcək.
1/4 finalda Madrid "Real"ını sürpriz şəkildə mübarizədən kənarlaşdıran "Arsenal" Fransada ötən həftə evdəki məğlubiyyətin revanşını almağa çalışacaq.
Xatırladaq ki, Avropanın bir nömrəli klub yarışının final oyunu mayın 31-də Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da keçiriləcək.
UEFA Çempionlar Liqası. Yarımfinal. Cavab oyunu
23:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)
Baş hakim: Feliks Svayer (Almaniya)
Paris, "Park de Prins". İlk oyun - 3:3.