Çempionlar Liqasının LİDERİ - "Qarabağ"dan unikal göstəricilər

UEFA Çempionlar Liqasının cari mövsümündə məğlub olmayan "Qarabağ" unikal göstəricilərə imza atıb.
"Mediasport" xəbər verir ki, 5 oyunun hamısında qələbə qazanan Azərbaycan çempionu bir çox göstəricidə Avropanın tanınmış klublarını qabaqlayır.
Statistikaya əsasən, Qurban Qurbanovun komandası maksimum qələbə sayı ilə 1-ci yerdə qərarlaşıb. “Malmö” (İsveç) və “Pafos” (Kipr) 4 qalibiyyətlə 2-3-cü sıraları tuturlar.
Ağdam təmsilçisi 13 topla təsnifat mərhələsində ən çox qol vuran komandadır. Orta hesabla hər oyuna 2,6 qol düşür.
2-3-cü yerlərin sahibləri - “Malmö” və “Srvena Zvezda”nın (Serbiya) aktivində 11 qol var.
"Köhlən atlar" təsnifat mərhələsində 62 faiz göstərici ilə topa ən çox sahib olan komandaların sırasında da liderdirlər. “Srvena Zvezda” (54 faiz) 2-ci, “Reyncers” (Şotlandiya, 52 faiz) isə 3-cüdür.