AFFA rəsmisi Lisenziyalaşdırma Komitəsinin iclasında iştirak etdi
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərində yerləşən baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.
"Mediasport" xəbər verir ki, iclasda bir sıra məsələlər müzakirə olunub.
Toplantıda UEFA Klub Lisenziyalaşdırma və Maliyyə Dayanıqlığı üzrə yeniliklər, klub sahibliyi ilə bağlı məsələlər, UEFA Həmrəylik Mexanizminin 2025/2026 mövsümü üçün tətbiqi, UEFA Maliyyə Dayanıqlığı Qaydalarının keçid dövrünün başa çatması və UEFA-nın tibbi və antidopinq tələbləri ilə bağlı mövzular müzakirəyə çıxarılıb.
Həmçinin müvafiq sahələr üzrə yenilənmiş qaydalar, 2025/2026 mövsümünə dair planlaşdırılan tədbirlər və klub futbolunun inkişafı ilə bağlı strateji istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
