İspaniya İngiltərəyə qarşı, Fransa Türkiyə yığmasını qəbul edir

İspaniya İngiltərəyə qarşı, Fransa Türkiyə yığmasını qəbul edir

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu - 6-cı tur start götürəcək.

"Mediasport" xəbər verir ki, ilk gündə A və C divizionlarında ümumilikdə 8 görüş keçiriləcək.

"Qarabağ"ın futbolçusu Marko Yankoviçin heyətində yer aldığı Monteneqro kollektivi səfərdə Kiprlə qarşılaşacaq.

Qrupda oynadığı 5 matçın hamısında uduzan Türkiyə millisi Fransa səfərində meydana çıxacaq.

Son dünya çempionu İspaniya yığması isə İngiltərə futbolçularını qəbul edəcək.

Xatırladaq ki, son turun nəticələrindən asılı olmayaraq, İspaniya, İngiltərə və Portuqaliya komandaları turnirin 1/4 finalına vəsiqə qazanıblar.


UEFA Millətlər Liqası. Qrup mərhələsi. 6-cı tur


A Liqası. 1-ci qrup

23:45 Fransa - Türkiyə

23:45 Belçika - İtaliya


3-cü qrup

23:45 İspaniya - İngiltərə

23:45 Xorvatiya - Çexiya


C Liqası. 2-ci qrup

18:00 Kipr - Monteneqro

18:00 Latviya - Ermənistan


1-ci qrup

21:00 Belarus - Albaniya

21:00 Finlandiya - San Marino