AFFA İK hakimləri təhqir edən futbolçuya 4 oyunluq cəza verdi
AFFA Intizam Komitəsi 2-ci Liqada yarışan "Difai"nin futbolçusu Emil Binyətzadəyə 4 oyunluq cəza verib.
"Mediasport" xəbər verir ki, buna 2-ci turun "Marafon"la oyununda qeyri-etik ifadə və hərəkətə yol verməsi səbəb olub.
Qırmızı vərəqə alan futbolçu daha sonra hakimləri təhqir edib. Klubu 1000 manat cərimə ödəyəcək.
İK "Qarabağ"ın gənclər komandasının köməkçi məşqçisi Səbuhi Həsənovun da cəzasını açıqlayıb.
Mütəxəssis "Araz Naxçıvan”la görüşün ikinci hissəsində meydana daxil olaraq hakimin qərarına etiraz edib. Qırmızı vərəqə ilə qovulan məşqçi 2 görüşü kənardan izləyəcək.

