"Real" "Bayern"ə, "Sportinq" "Arsenal"a qarşı - ÇL-də 1/4 final

"Real" "Bayern"ə, "Sportinq" "Arsenal"a qarşı - ÇL-də 1/4 final

UEFA Çempionlar Liqasında 1/4 final həyəcanı start götürür.

"Mediasport" xəbər verir ki, bu axşam ilk qarşılaşmalar çərçivəsində iki görüş keçiriləcək.

Madrid "Real"ı erkən finalın ilk oyununda "Bayern"i sınağa çəkəcək.

Yarışın favoritlərindən sayılan "Arsenal" isə "Sporitnq" səfərində meydana çıxacaq.

Raundun digər iki matçı sabah baş tutacaq. Cavab duelləri aprelin 14-15-nə təyin edilib.


UEFA çempionlar Liqası. 1/4 final. İlk oyunlar


23:00 "Real" (Madrid, İspaniya) - "Bayern" (Almaniya)

Baş hakim: Maykl Oliver (İngiltərə)


23:00 "Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

Baş hakim: Daniel Zibert (Almaniya)