Çempionlar Liqasında iki finala ev sahibliyi edəcək stadion dəqiqləşdi

Çempionlar Liqasında iki finala ev sahibliyi edəcək stadion dəqiqləşdi

UEFA Çempionlar Liqasında 2027/2028 və 2028/2029-cu illər mövsümünün finallarının keçiriləcəyi stadionlar dəqiqləşib.

"Mediasport" xəbər verir ki, qitənin ən nüfuzlu klub yarışının həlledici matçları 2028-ci ildə Almaniya, 2029-cu ildə isə İspaniyada baş tutacaq.

Müvafiq olaraq Münhendəki "Alyans Arena" və Barselonada yerləşən "Kamp Nou" seçilib.

Hər iki stadion 3-cü dəfə finala ev sahibliyi edəcək.

Daha əvvəl "Kamp Nou"da 1989 və 1999-cu illər, "Alyans Arena"da isə 2012 və 2025-ci illərdə həlledici oyunlar olub.