Azərbaycan yığmasının üzvü olimpiadada gümüş medalçı oldu
Azərbaycan taekvondoçusu Adil Kazımlı Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan təmsilçimiz gümüş medal qazanıb.
O, yalnız finalda uduzub. Takevondoçumuz həlledici dueldə iordaniyalı rəqibinə məğlub olub.

