Daha bir azərbaycanlı hakimə UEFA-dan beynəlxalq təyinat

Daha bir azərbaycanlı hakimə UEFA-dan beynəlxalq təyinat

Azərbaycanlı hakim Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, Avropa Konfrans Liqasının pley-off mərhələsinin "Çelye" (Sloveniya) - "Banik" (Çexiya) matçının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.

Fərid Hacıyev isə dördüncü hakim funksiyasını icra edəcək.

Xatırladaq ki, qarşılaşma avqustun 21-də Çelye şəhərində yerləşən eyniadlı stadionda baş tutacaq.