Azərbaycan DÇ-də ilk dəfə 2 kateqoriyada təmsil olunacaq
Gələn il Bəhreynin paytaxtı Manamada keçiriləcək parabadminton üzrə dünya çempionatına qatılacaq Azərbaycan ilk dəfə 2 kateqoriyada təmsil olunacaq.
"Mediasport" xəbər verir ki, fevralın 7-dən 14-dək baş tutacaq mundialda 3 idmançımız mübarizə aparacaq.
İbrahim Əliyev SU-5 kateqoriyası üzrə kişilərin şəxsi yarışında, Zəhra Salmanlı ilə Nərmin İskəndərova tandemi isə SH-6 kateqoriyası üzrə qadınların qoşa yarışında iştirak edəcək.
