Kurban Berdıyev Rusiyaya getdi

Kurban Berdıyev Rusiyaya getdi

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Rusiyaya yola düşüb.

"Mediasport" xəbər verir ki, mütəxəssis Kazan şəhərinə sabiq komandası “Rubin”in rəhbərliyinin dəvəti ilə gedib.

O, sabah "Ak Bars Arena"da “Fakel”lə görüşdən əvvəl adına verilən B114 sektorunun açılışında iştirak edəcək, matçın start fitindən öncə topu rəmzi zərbə ilə oyuna daxil edəcək.

Qarşılaşmadan əvvəl arenada tatar estradasının ulduzları Firdus Tamayev və Marat Yarullinin iştirakı ilə konsert proqramı təşkil ediləcək.

Qeyd edək ki, Kurban Berdıyev 2002–2013 və 2017–2019-cu illərdə "Rubin"in baş məşqçisi olub.

Mütəxəssis Tatarıstan klubu ilə iki dəfə Rusiya çempionluğu, bir dəfə Rusiya Kubokunu qazanıb.