"Sabah"ın futbolçusu Şri-Lanka üzərində qələbədə pay sahibi oldu

  "Sabah"ın futbolçusu Şri-Lanka üzərində qələbədə pay sahibi oldu

23 yaşadək futbolçulardan ibarət Özbəkistan millisi Asiya Kubokunun seçmə mərhələsində Şri-Lanka ilə qarşılaşıb.

"Mediasport" xəbər verir ki, "Sabah"ın yarımmüdafiəçisi Umarali Raxmonaliyevin də formasını geyindiyi Özbəkistan 4:0 hesabı ilə qələbə qazanıb.

Umarali oyuna əsas heyətdə başlayıb və bir qol vurub.