"Qarabağ" Nəriman Axundzadənin ABŞ klubuna keçəcəyini təsdiqlədi

"Qarabağ" Nəriman Axundzadənin ABŞ klubuna keçəcəyini təsdiqlədi

"Qarabağ" futbolçusu Nəriman Axundzadənin ABŞ-də oynayacağını açıqlayıb.

"Mediasport" xəbər verir ki,22 yaşlı hücumçu "Kolumbus Kryu" klubunda forma geyinəcək.

Ağdam təmsilçisi bu barədə məlumat paylaşıb:

"Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub.

Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib. Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq".

Tərəflər arasında yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Məlumata görə, amerikalılar keçid üçün Azərbaycan çempionuna 3,5 milyon dollar təzminat ödəyəcəklər.

Millimizin forvardı bu mövsüm "Qarabağ"da 26 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2022-ci ildən "atlılar"ın heyətində çıxış edir.