DİQQƏT! "Qarabağ"ın "Ayntraxt"la matçının biletləri satışa çıxarılır
Yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda baş tutacaq "Qarabağ" - "Ayntraxt" oyununun biletləri sabah satışa çıxarılacaq.
Bu barədə "Mediasport"a Ağdam klubundan məlumat verilib.
Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletlərini sabah saat 12:00-dan etibarən əldə edə bilərlər.
Standart biletlərin qiyməti sektorlara uyğun olaraq, 10, 15, 25, 35, 40, 50 və 75 AZN arasında dəyişəcək.
VIP sektorlar üçün biletlərin qiyməti 200, 250, 300 və 400 AZN, VVIP sektorlar üçünsə 1000 AZN təşkil edəcək.
Ağdam klubu bilet satışı ilə bağlı azarkeşlərə müraciət də edib:
"Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Saxta biletlərə və digər saytlara aldanmayın. Biletləri yalnız iTicket.az saytı üzərindən əldə edin. Stadiona giriş QR bilet ilə mümkün olacaq".
Görüş saat 21:45-də başlanacaq.
