Baxşıyev "Araz-Naxçıvan"dan niyə göndərildi? - SƏBƏBİ AÇIQLANDI
"Araz-Naxçıvan" Elmar Baxşıyevlə yolları ayırdığını açıqlayıb.
"Mediasport" xəbər verir ki, İdarə Heyətinin iclasında klubun qış fasiləsinə qədərki çıxışı müzakirə olunub.
Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə, baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb.
Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, E. Baxşıyev 2024-cü ilin aprelində "Araz-Naxçıvan"ın baş məşqçisi təyin olunub.
Komanda onun rəhbərliyi altında 2024/2025 mövsümündə Misli Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.
