Çxadadze: "Maraqlandığımız futbolçular var, danışıqlar gedir”

 Çxadadze: "Maraqlandığımız futbolçular var, danışıqlar gedir”

“Hazırlığımız plan üzrə davam edir. Bu mərhələdə yükləmələr çoxdur. Təlim-məşq toplanışının birinci mərhələsini başa vurduq".

"Mediasport" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Çxadadze deyib.

Gürcü mütəxəssis təlim-məşq toplanışı çərçivəsində "Sumqayıt"la yoxlama oyununu dəyərləndirib.

"Oyunda sürətin bir qədər aşağı olduğunu gördük. Yavaş-yavaş bunun üzərində işləməliyik. Futbolçuların yanaşmasından razıyam.

Ötən mövsüm ilk dəfə Premyer Liqada çıxış edən yerli futbolçular xeyli inkişaf ediblər”.

Heyətin gücləndirilməsinə ehtiyac var və bu istiqamətdə işlərimizi davam etdiririk. Maraqlandığımız futbolçular var, danışıqlar gedir”.

Xatırladaq ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.