"Neftçi"nin yetirməsi karyerasını 2-ci Liqa klubunda davam etdirəcək

 "Neftçi"nin yetirməsi karyerasını 2-ci Liqa klubunda davam etdirəcək

2-ci Liqada yarışan “Şəmkir” heyətini yeni oyunçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, qərb bölgəsi təmsilçisi Ruslan Allahverdiyevi transfer edib.

30 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Allahverdiyevin son klubu AFFA Region Liqasında “Rekord” olub.

Xatırladaq ki, futbolçu “Neftçi”nin yetirməsidir.