Dünya və Avropa çempionu Atletlər Komissiyanın sədri seçildi - RƏSMİ

Milli Olimpiya Komitəsində Atletlər Komissiyasının iclası keçirilib.
"Mediasport" xəbər verir ki, səsvermə nəticəsində dünya və Avropa çempionu Fəridə Əzizova (taekvondo) 2025-2028-ci illər üçün Komissiyanın sədri seçilib.
Komissiyanın yeni tərkibinə taekvondo üzrə Fəridə Əzizova, cüdo üzrə Leyla Əliyeva, atıcılıq üzrə İradə Aşumova, güləş üzrə Hacı Əliyev, Rafiq Hüseynov və Rəsul Çunayev, atletika üzrə Nazim Babayev, üzgüçülük üzrə Fatimə Alkərəmova daxildir.
Həmçinin, iclasda Komissiyanın gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.